Kartdan-karta köçürmələrlə bağlı VACİB AÇIQLAMA: Hansı əməliyyatlara limit qoyulacaq?

Kartdan-karta köçürmələrlə bağlı VACİB AÇIQLAMA: Hansı əməliyyatlara limit qoyulacaq?
Video
Sosial 69

Kartdan-karta köçürmələrə tətbiq ediləcəyi bildirilən yeni qaydalarla bağlı müzakirələr davam edir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev məsələ ilə bağlı AzTV-yə açıqlamasında yayılan məlumatlara aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, o bildirib ki, kartdan-karta əməliyyatlarının özünə hər hansı qadağa və ya məhdudiyyət tətbiq edilmir.

"Kartdan-karta əməliyyatlarına biz hər hansı məhdudiyyət gətirmirik. Söhbət banklar və elektron pul təşkilatları tərəfindən ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı baza həddinə bəlli bir məhdudiyyətlərin tətbiqindən gedir", – deyə Z.Nuriyev qeyd edib.

Onun sözlərinə görə, dəyişiklik yalnız karta daxil olan vəsaitlərə aiddir. Belə ki, hər bir ödəniş aləti üzrə gün ərzində 5 mədaxil və ay ərzində ümumilikdə 20 min manat mədaxil limiti müəyyən edilib.

"Razılaşmaya əsasən, ödəniş xidməti istifadəçisinə məxsus olan hər bir ödəniş alətinə gün ərzində 5 mədaxil və ay ərzində 20 min manat mədaxil edilməsi limitləşdirilib. Ödəniş aləti istifadəçisinin hər hansı bir məxaric əməliyyatına məhdudiyyət qoymuruq. Keçmişdə olduğu kimi istənilən ödəniş alətindən istifadə etməklə tam şəkildə öz məxariclərini həyata keçirə bilərlər. Söhbət yalnız mədaxil hissədə məhdudiyyətdən və hər bir məhsul üzrə 5 və 20 min manatdan gedir. Bir hesaba bağlıdırsa, biz orada bir ödəniş alətinin ona təqdim edilməsini təklif etmişik. Eyni zamanda, bu əməliyyatların içərisinə onun öz hesabları arasında və yaxın qohumlarına mədaxillərini istisna etmişik", – ABA prezidenti vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər