Karantindən sonra restoranlarda qiymətlər bahalaşacaqmı? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Karantın müddəti may ayının 31-nə kimi uzadılsa da, bu, qarşıdakı günlərdə növbəti yumşaldılmanın olması ehtimalını inkar etmir.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, sırada isə bu yumşaldılmanın onlara şamil olunmasını səbirsizliklə gözləyən restoran sahibləri var.
Hansı ki, yerində xidmət üçün səbirsizlənsələr də, həm də təlaşlıdırlar. Deyirlər, biz də istəyirik qoyulan qaydalara riayət edək.
Amma onsuz da geridə qoyduğumuz bu müddətdə xeyli itkilərimiz olub. Etməyə məcbur olduğumuz yeni qaydalar isə bizə əlavə xərc deməkdir.
“Bu müddət bizim üçün xeyli ağır oldu. İşçilərimizin yarısını evə göndərdik. Yarısı isə onlayn çatdırma işi ilə məşğul oldu. Bu sahə elədir ki, gərək işçiyə gündəlik maaş verəsən”, – deyə sahibkar vəziyyəti izah edir.
Mövcud vəziyyətdən çıxış kimi isə sahibkarın da ağlına gələn ilk variant qiymətlərin qaldırılmasıdır.
Restoranlar və oteller asossiasiyanın sədri Samir Dübəndi deyir ki, əgər tibbi ləvazimatlar, dezinfeksiyaedici maddələr dövlət yaxud hər hansı mərkəz tərəfindən restoranlara verilsə, bahalaşmanın qarşısını almaq olar:
“Ancaq real vəziyyətdə belə, pandemiyanın fəsadlarına tab gətirməyib müflis olmuş obyektlər var və vəziyyət, təəssüf ki, pandemiyadan sonra da davam edəcək.
Hər halda indi sahibkarların pul qazanması onlara bir az daha baha başa gələcək. Pandemiya isə zəifləri sıradan çıxaracaq.
Ancaq söhbət insan sağlamlığından gedirsə, tələbata cavab verməyən restoran elə xidmət göstərməsə, yaxşıdır”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...