Karantin rejiminin tələblərini pozan şəxslər cərimələnib

Karantin rejiminin tələblərini pozan şəxslər cərimələnib
Sosial 115

Lənkəranda çay evində və “Playstation” oyun zallarında karantin rejiminin tələbləri pozulub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən bir çay evində karantin rejim qaydalarına zidd olaraq qəlyan xidmətinin göstərildiyi, dörd “Playstation” oyun zalında isə tibbi maska ilə bağlı tələblərin pozulduğu aşkar edilib.

Həmin obyektlərdə 10 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Oxşar xəbərlər

Yoluxma azalır, açıq havada maska taxmaq tələbi ləğv olunacaq? - AÇIQLAMA

Yoluxma azalır, açıq havada maska taxmaq tələbi ləğv olunacaq? - AÇIQLAMA

Azərbaycanda koronavirusla mübarizə uğurla davam edir və artıq vaksinasiya prosesinə start verilməsi də bu istiqamətdə atılan addımlardandır. BAKU.WS xəbər veri...

4449 Sosial 12:11 16 fevral 2021

Son xəbərlər