Karantin qaydalarını pozan obyektdə 20-dən çox şəxs cərimələndi - VİDEO

Karantin qaydalarını pozan obyektdə 20-dən çox şəxs cərimələndi - VİDEO
Video
Sosial 211

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı rayon ərazisində yerləşən “Karaoke Pub” adlanan məkanın karantin qaydalarını pozaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi məlum olub.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, obyektə baxış zamanı həmçinin orada olan müştərilərə qəlyan təklif edildiyi də müəyyən edilib.

Obyektin sahibi Məcid Seyidov, eləcə də orada olan 19 nəfər müştəri və xidməti personal barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər