Kapital Bank 7 milyon manatdan çox vəsaiti xilas edib - Dələduzlar ifşa olunub

Kapital Bank 7 milyon manatdan çox vəsaiti xilas edib - Dələduzlar ifşa olunub
Sosial 74

2025-ci ildə Kapital Bank müştərilərdən oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manat vəsaitin qarşısını alıb.

BAKU.WS xəbər verir ki, bu barədə bankın Baş Risk İnzibatçısı Ağarza Baxşiyev keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, il ərzində 1 milyon 2 min 873 kart əməliyyatı və 31 min 353 kart hesabı fırıldaqçılıq şübhəsi ilə bloklanıb. Eyni zamanda, bank adından fəaliyyət göstərən 1000-dən çox saxta sayt və sosial şəbəkə səhifəsi də aşkarlanaraq blok edilib.

Qeyd olunub ki, Birbank tətbiqinə əlavə edilən yeni funksiya da effektiv nəticə verib. Belə ki, müştərilər zəng edən şəxsin bank əməkdaşı olub-olmadığını yoxlaya bilir və bu yenilik sayəsində 10 minə yaxın vətəndaş dələduzları ifşa edərək vəsaitini qoruyub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər