Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ: Qabiliyyət imtahanı keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət İmtahan Mərkəzi (DİM) jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir.
Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edirlər.
İmtahanda 760 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunur.
İmtahan saat 10:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Oxşar xəbərlər
Avqustun 11-də növbəti imtahanlar keçiriləcək
Dövlət İmtahan Mərkəzi avqustun 11-də növbəti imtahanlar keçirəcək. Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aşağıd...