"İynələr tapırıq" - Sakinlər həyətlərində yaranan təhlükəli vəziyyətdən şikayətçidirlər

Yasamal rayon sakinləri həyətdə öz vəsaitləri hesabına qurduqları istirahət meydançasının sökülməsindən narazılıq edirlər.
Onlar bildirirlər ki, binanın düz qarşısında idman kompleksinə məxsus havalandırma sistemi quraşdırılıb:
"Düz meydançanın ortasında yerləşdirilib. Dərinliyinə fikir verin, bu təhlükəlidir. Qonşulardan toplanan pulla işıqlandırma sistemi quraşdırmışdıq. İndi görürük ki, hamısını söküblər. Qaranlıq və sakit olduğu üçün narkomanlar gəlirlər, iynələr tapırıq", - deyə sakinlərdən biri bildirib.
Məsələ ilə bağlı idman kompleksinə məxsus MMC-nin direktoru açıqlamasında bildirib ki, havalandırma sistemi ilə bina arasında 25-30 metr məsafə var.
Şirkətin hüquqşünası Mehman Muradlı isə qeyd edib ki, həmin ərazidə park və istirahət guşəsinin salınması nəzərdə tutulmayıb. Onun sözlərinə görə, Yasamal Rayon İcra Hakimiyyətinin razılığı əsasında həmin sahədə abadlıq işləri aparılacaq.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi
Daxili İşlər Nazirliyi yüksək ixtisaslı, müasir tələblərə cavab verən kadrların hazırlanması və xidmətə cəlb olunması məqsədilə yeni təqaüd proqramı elan edir....
