İtaliyadan ölkəmizə gətirilən bioloji aktiv qida məhsulları məhv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyadan ölkəmizə idxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, "NES Group" MMC-nin İtaliyadan idxal etdiyi, "İnalme s.r.l" müəssisəsinin istehsalı olan ümumi sayı 1011 ədəd olmaqla "Sun Drops daxilə qəbul üçün məhlul-damcı 30 ml" əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.
Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...