İsti havada kondisioner işlətməyin bilinməyən ZƏRƏRLƏRİ

İsti havada kondisioner işlətməyin bilinməyən ZƏRƏRLƏRİ
Sosial 80

İstilərdən qaçıb sığındığımız sərin otaqlar bəzən orqanizm üçün gözlənilməz təhlükələr yarada bilər.   

BAKU.WS xəbər verir ki, kondisioner və havalandırma sistemləri düzgün istifadə edilmədikdə sağlamlıq üçün ciddi risklər doğurur. Mütəxəssislərin sözlərinə görə, günün böyük hissəsini sərin mühitdə keçirmək, xüsusilə birbaşa soyuq hava axınına məruz qalmaq, əzələ spazmları, boyun tutulması, bel və oynaq ağrılarına səbəb olur. Xüsusilə uşaqlar və yaşlılarda bu hallar daha tez-tez müşahidə olunur.

"Kondisioner bronxları dondurur" deyə tibbi mütəxəssislər xəbərdarlıq edir. Davamlı aşağı temperatur tənəffüs yollarını qıcıqlandırır və boğaz ağrısı, öskürək, hətta xroniki bronxit riskini artırır. Havanın rütubətsizləşməsi də dəri quruluğu, göz yanması və allergik reaksiyalara səbəb olur.

Ən böyük təhlükələrdən biri isə cihazların içində gizlənən bakteriyalardır. Uzun müddət təmizlənməyən filtrlərdə yaranan kif və mikroorqanizmlər hava yolu ilə yayılaraq, xüsusilə zəif immun sisteminə sahib insanlarda "Legioner xəstəliyi" kimi ciddi infeksiyalara yol aça bilər.

Digər mühüm faktor isə temperatur fərqidir. Çöldə 40 dərəcədən birbaşa 18-20 dərəcəlik otaqlara keçid orqanizm üçün termal şok yaradır. Bu isə qan təzyiqi pozğunluğu, başgicəllənmə və hətta ürək ritminin dəyişməsinə səbəb ola bilər. Həkimlər tövsiyə edir ki, otaq temperaturu 24-26°C arasında olmalıdır. Kondisioner birbaşa bədənə üfürməməlidir. Hər ay filtrlər mütləq təmizlənməli və gün ərzində qısa müddət də olsa, təbii hava ilə havalandırma vacibdir.

Son xəbərlər