İstanbulda 20-ci Qızıl Uğur Mükafatları təqdim olundu: Aqil Ələsgər mükafata layiq görüldü

İstanbulda keçirilən 20-ci "Qızıl Uğur" Mükafatları ("Altın Başarı Ödülleri") mərasimi mətbuat və sənət aləminin tanınmış simalarını bir araya gətirib.
BAKU.WS Yenicag.az-a istinadən xəbər verir ki, Cengizhan Kayanın aparıcılıq etdiyi gecədə fərqli kateqoriyalarda təqdim edilən mükafatlar münsiflər heyətinin dəyərləndirməsi ilə sahiblərinə çatdırılıb.
"Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər də "Türkiyə-Azərbaycan Qardaşlıq Mediası" şərəf mükafatı ilə təltif olunub. O, mükafatı qəbul edərkən təşəkkürünü bildirib və bu nailiyyəti Azərbaycan və Türkiyənin media dünyasına həsr etdiyini vurğulayıb.
A.Ələsgər çıxışında hər kəsə minnətdarlığını ifadə edib, xüsusilə də Turana və Türkiyə-Azərbaycan qardaşlığına sevgisini dilə gətirib.
Oxşar xəbərlər
Bakı-Qusar avtobusuna kustar üsulla əlavə oturacaqlar bərkidilir?
Bakı-Qusar marşrutu üzrə səyahət edən sərnişin kustar üsulla bərkidilmiş əlavə oturacaqdan şikayət edib. Şikayətçinin sözlərinə görə, oturacaqda süngər və parça...
