İsraildə həlak olan azərbaycanlının valideyni: "Oğlum bilet almışdı ki, evinə gəlsin, gələ bilmədi"
İsrail ərazisinə həyata keçirilən raket hücumu nəticəsində azərbaycanlı şəxs həlak olub.
Hadisə martın 9-da Yəhud şəhərində yerləşən tikinti sahəsində baş verib.
"Oğlum bilet almışdı ki, evinə gəlsin. Çərşənbə bayramına görə gələcəkdi. Amma müharibə başladı, gələ bilmədi. Hadisə günü iş yerinə baş çəkməyə getmişdi. Həmin vaxt obyektin yanına raket düşüb. Oğlum elə orada dəfn olunub. Yollar bağlı olduğuna görə cənazəsini Azərbaycana gətirə bilmədik", - deyə Amid Murtuzovun atası Əli Murtuzov Baku TV-yə bildirib.
Xatırladaq ki, Amid Murtuzov həm Azərbaycan, həm də İsrail vətəndaşı olub. O, uzun illər əvvəl ailəsi ilə birlikdə İsrailə köçüb və Petah Tikva şəhərində yaşayıb.
Oxşar xəbərlər
Kanalizasiya kollektorunun üzərində tikilən təhlükəli evlər
Xətai rayonu, Əhmədli kəndi, Şahin Səmədov küçəsində təxminən 20 il əvvəl fərdi yaşayış evləri kanalizasiya xətləri üzərində tikilib. Amma deyilənə görə, vətənd...