İşğaldan azad olunmuş ərazilərin bərpasına bu il 3 milyard manata yaxın vəsait xərclənib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpasına 2 milyard 900,9 milyon manat xərclənib.
BAKU.WS xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bunun 2 milyard 234,8 milyon manatı infrastruktur layihələrinə, 291,7 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü layihələrə, 41 milyon manatı isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib.
Hesabat dövründə infrastruktur layihələri üzrə avtomobil yollarının layihələndirilməsi və tikintisinə 1 milyard 525,1 milyon manat, yeni yaşayış komplekslərinin tikintisinə 461,1 milyon manat, dəmir yolu xətlərinin tikintisinə 107,3 milyon manat, elektrik təchizatı işlərinə 48 milyon manat, su xətləri, kollektorlər və qurğularına 44,3 milyon manat, sənaye parkları və infrastruktura 27,7 milyon manat, geoloji kəşfiyyat işlərinə 7,1 milyon manat, Şuşa, Xankəndi və Laçında kanat yolunun tikintisinə 6,6 milyon manat, digər zəruri işlərə 7,6 milyon manat xərclənib
Həmçinin digər xərc maddələri üzrə 328,7 milyon manat nəqliyyat sektoruna, 4,7 milyon manat isə məskunlaşma və şəhərsalma-arxitektura işlərinə yönəldilib.
Oxşar xəbərlər
Azərbaycanda gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq
Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddəti...
