İşğaldan azad edilmiş ərazilər Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevrilir
"bp şirkəti tərəfindən Cəbrayılda tikilən 240 meqavatlıq "Şəfəq" Günəş elektrik stansiyasının enerji sisteminə inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən irihəcmli işlər həyata keçirilib".
Baku TV-nin xəbərinə görə, bunu "AzərEnerji" ASC-nin Qarabağ Regional Elektrik Şəbəkəsinin direktoru Mircəlal Hüseynov jurnalistlərə müsahibəsində bildirib.
O qeyd edib ki, bu çərçivədə Cəbrayılda 330 kV-luq rəqəmsal yarımstansiya tikilib və bu yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün "Cəbrayıl" Enerji Qovşağına 7.5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilib.
"Şəfəq" Günəş elektrik stansiyasının enerji sisteminə inteqrasiyası üçün həyata keçirilən layihənin əsas məqsədi dövlət və özəl sektor əməkdaşlığını gücləndirmək, karbon emissiyalarını azaltmaq, təbii qaza qənaət etmək, yaşıl enerjinin payını artırmaq və enerji təhlükəsizliyini daha da möhkəmləndirməkdir", - deyə M.Hüseynov əlavə edib.
Oxşar xəbərlər
WUF13 ilə bağlı 41,5 kilometrlik xüsusi hərəkət zolağı təşkil edilib
Mayın 17-22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı 6 küçə və prospektdə ümumi uzunluğu 41,5 kilometr olan xüsus...