İşəgötürənlərin gecikmiş sığorta ödənişləri fərdi pensiya kapitalını indeksləşdirməyə mane olur

İşəgötürənlərin gecikmiş sığorta ödənişləri fərdi pensiya kapitalını indeksləşdirməyə mane olur
Sosial 45

İşəgötürənlərin sığorta ödənişlərini vaxtında etməməsi vətəndaşların fərdi pensiya kapitalının indeksləşdirilməsinə mane ola bilər.

BAKU.WS xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya və digər sosial ödənişlər üzrə təminat departamentinin müdiri Eyvaz İsmayılov DOST TV-nin efirində bildirib.

O vurğulayıb ki, işəgötürənlər tərəfindən ödənilən sığorta haqları vergi kimi müvafiq orqana köçürüldükdə, həmin ödənişlər cari pensiya ödənişlərinin maliyyələşdirilməsinə yönəldilir.

Fərdi hesabda əks olunması üçün hesabatlar üç ayda bir təqdim edilir. Əgər ödəniş gecikərsə, həmin məbləğlər fərdi hesabda görünmür. Məsələn, noyabr və dekabr ayları üçün ödənişlər edilməyibsə, bu, həmin il üçün fərdi hesabda əks olunmur. Ödəniş yanvar və ya fevralda həyata keçirilirsə, bu, yeni ilin gəliri kimi sistemə daxil edilir və əvvəlki ilin göstəriciləri indeksləşdirilə bilmir.

Fond ödənişləri hansı tarixdə qəbul edirsə, həmin ayın gəliri kimi hesablanır və kapitala daxil edilir.

Son xəbərlər