"İşə gedə bilmirik": Abşeronda güclü yağış fəsadlar törətdi
17
apr
2025
13:13
Abşeron rayonunun Məhəmmədəli kəndində yerləşən Nəriman Nərimanov küçəsində yağan güclü yağışdan sonra evlərin həyətlərini və küçələri su basıb.
Sakinlərin BAKU.WS-ə verdiyi məlumata görə, yaranan vəziyyət nəqliyyatın hərəkətinə və insanların işə getməsinə ciddi maneə yaradıb. Qeyd olunur ki, bəzi vətəndaşlar səhər saatlarında evlərini tərk edə bilməyib.
Sakinlər uzun müddətdir bu problemin mövcud olduğunu və hər yağıntıdan sonra eyni mənzərə ilə qarşılaşdıqlarını bildirirlər. Onlar problemi aradan qaldırmaq üçün tədbir görülməsini tələb edirlər.
Oxşar xəbərlər
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
Naxçıvanda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Dövlət Yanğı...