İşaldan azad edilmiş bu ərazilərə yeni elektrik xətləri ÇƏKİLƏCƏK

İşaldan azad edilmiş bu ərazilərə yeni elektrik xətləri ÇƏKİLƏCƏK
Sosial 45

"Azərişıq" ASC Zəngilan rayonunda elektrik infrastrukturunun gücləndirilməsi ilə bağlı yeni tender elan edib.

BAKU.WS-in məlumatına görə, layihə Alıbəyli və Zəngilan kəndlərinin xarici elektrik təchizatının təmin olunmasını nəzərdə tutur.

Müsabiqəyə əsasən, bölgədə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi planlaşdırılır. İşlərin ümumi dəyəri 810 min manatdan çox qiymətləndirilir.

Qeyd edək ki, yeni elektrik xəttinin çəkilməsi kəndlərdə enerji təminatını daha da sabitləşdirəcək, əhalinin fasiləsiz işıqla təmin olunmasına, eləcə də gələcəkdə qurulacaq sosial və iqtisadi infrastrukturun davamlı fəaliyyətinə imkan yaradacaq.

Oxşar xəbərlər

Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq keçirilib

Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq keçirilib

Bakıda 8 Noyabr - Zəfərin beşinci ildönümünə həsr olunmuş atəşfəşanlıq keçirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, Zəfər Günü ölkəmizin bütün bölgələr...

3343 Sosial 23:10 08 noyabr 2025

Son xəbərlər