İsa Həbibbəyli: "AMEA-da ilk dəfə olaraq milli dil korpusunun yaradılması nəzərdə tutulur"

İsa Həbibbəyli: AMEA-da ilk dəfə olaraq milli dil korpusunun yaradılması nəzərdə tutulur
Sosial 54

Müasir Azərbaycan dili və nitq mədəniyyəti şöbəsinin yaradılması barədə qərar qəbul edilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, AMEA-da Prezidentin ana dili və dövlət dili ilə bağlı müəyyən etdiyi və ardıcıl şəkildə həyata keçirdiyi strategiyanın əməli fəaliyyətə çevrilməsi məqsədilə bir sıra mühüm tədbirlər görülüb:

"Bu istiqamətdə atılan addımlar dil siyasətinin elmi əsaslar üzərində daha da möhkəmləndirilməsinə xidmət edir.

Artıq akademiyada uzun illər fəaliyyət göstərən, dilçilik sahəsində mühüm rol oynayan Müasir Azərbaycan dili şöbəsinin bazasında, daxili imkanlar hesabına yeni bir strukturun - Müasir Azərbaycan dili və nitq mədəniyyəti şöbəsinin yaradılması barədə qərar qəbul edilib.

Bu şöbə Azərbaycan dilinin norma və qaydalarının öyrənilməsi, nitq mədəniyyətinin inkişafı və dilin düzgün istifadəsinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır".

İ.Həbibbəyli qeyd edib ki, eyni zamanda AMEA-da ilk dəfə olaraq milli dil korpusunun yaradılması nəzərdə tutulur:

"Məqsəd bu prosesi sürətləndirmək, kursu tamamlamaq və onu onlayn formada, elektron vasitələrlə geniş ictimaiyyətə çatdırmaqdır. Biz bunu özümüz üçün bir vəzifə və məsuliyyət hesab edirik".

Son xəbərlər