İqlim fəalları COP29-da aksiya keçiriblər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ekofəalların növbəti aksiyası baş tutub.
BAKU.WS report-a istinadən xəbər verir ki, etirazçıların əsas tələbi iqlimlə bağlı maliyyənin trilyonlarla dollara çatdırılmasıdır.
Ekofəallar bildiriblər ki, investisiyaların hazırkı səviyyəsi temperaturun 1,5°C ilə məhdudlaşdırılması və karbon-neytral iqtisadiyyata keçid kimi qlobal iqlim məqsədlərinə çatmaq üçün kifayət deyil.
Onlar, həmçinin iqlim maliyyələşməsinin ədalətli bölüşdürülməsinin vacibliyini vurğulayıblar.
"Pay up for climate finance", "We need trillions not billions" şüarları ilə fəallar hökumətləri və özəl sektoru daha qətiyyətli addımlar atmağa çağırıb və ləngimənin geri dönülməz nəticələrə səbəb ola biləcəyini qeyd ediblər.
Climate activists held protest rally at COP29https://t.co/y65kYZuFXF#Report #ReportAz #ReportNewsAz #Azerbaijan #COP29 #COP29Azerbaijan #Climate #Protest pic.twitter.com/EV7OSJXPM0
— Report News Agency (@reportaznews) November 23, 2024
Qalereya

Oxşar xəbərlər
27 apreldə keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərə XƏBƏRDARLIQ
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxs...