İntiqam Babayevə Mədəniyyət Nazirliyində vəzifə verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə yeni müdir təyin edilib.
Bu barədə BAKU.WS-ə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq əmr imzalanıb.
Əmrə əsasən, İntiqam Babayev bu vəzifəyə təyinat alıb.
Xatırladaq ki, o, 2000–2021-ci illərdə gənclər və idman nazirinin müavini olub. 2022–2023-cü illərdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparatının rəhbəri olub və aparat rəhbərinin vəzifələrini müvəqqəti icra edib.
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bil...