"İlk dəfədir ki, Ağdamda Novruz bayramı keçiririk" - Sakinlərin bayram coşqusu

İlk dəfədir ki, Ağdamda Novruz bayramı keçiririk - Sakinlərin bayram coşqusu
Video
Sosial 36

Ağdamda böyük bayram coşqusu yaşanır. Şəhərin mərkəzində Novruz bayramının gəlişi münasibətilə təntənəli konsert proqramı təşkil olunub. Qeyd edək ki, bu, Ağdama Böyük Qayıdış çərçivəsində ilk köçdən sonra şəhərdə keçirilən ilk bayram konsertidir.

Ağdam sakini öz sevincini Baku TV ilə bölüşüb:

"Təəssüratlarım çox gözəldir. 30 ilə yaxın bir müddətdən sonra ilk dəfədir ki, Ağdamda belə bir bayram qarşılayırıq. Bu, bizim üçün böyük qürurdur".

Digər bir sakin isə bu günün onlar üçün əvəzolunmaz olduğunu vurğulayıb: "Bu günlərə şükürlər olsun. Bundan gözəl günümüz ola bilməz. Ən qürurlu anlarımızı yaşayırıq. Biz İlaxır çərşənbəni artıq öz doğma Ağdamımızda qeyd edirik".

Son xəbərlər