İlahiyyatçı hansı "adət"i yıxıb sürüdü?: "İndi ölünün yanına "Mercedes" basdırmalıdırlar?!"

"İslama görə, israfla verilən ehsan haramdır. Bunun adını adət qoymaq xalqa təhqirdir".
Bunu ilahiyyatçı Tural İrfan Baku TV-nin "Aktual gündəm" verilişində yas mərasimlərində israfçılıqla bağlı müzakirə zamanı deyib.
"Ehsan təmənnasız olaraq imkanlı şəxsin imkansızlara etdiyi yardıma deyilir. Ehsan təkcə qarının toxluğu ilə ölçülmür. Bir korun qolundan tutub yoldan keçirmək də ehsan hesab olunur", - deyə o əlavə edib.
İlahiyyatçı bəzi adətlərin xurafatdan ibarət olduğunu qeyd edərək, artıq onların dəyişmək zamanının çatdığını vurğulayıb:
"Əvvəllər ölünün yanında at basdırırdılarsa, indi "Mercedes" basdırmalıyıq?! Müxtəlif mənfi adət-ənənələrimiz var. İçinə xurafat qarışmış elə şeylər var ki, onu adət-ənənə adlandırıb yaşatmağa çalışırıq. Bu düzgün deyil, dünya müasirləşir".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu küçədə ehtiyatlı olun, yoxsa cərimələnəcəksizniz
"Dayanma-durma qadağandır" nişanı olmayan ərazidə avtomobil saxlayan sürücülər cərimələnir. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayon...
