İki il əvvəl Rusiyaya ekstradisiya edilən azərbaycanlı Ukrayna müharibəsində öldü
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həlak olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Sərdar Süleyman oğlu Nəsirov müharibə zonasında aldığı xəsarətlərdən həyatını itirib.
Döyüşlərdə Rusiya tərəfindən iştirak edən Sərdar Nəsirovun cənazəsi bu gün (oktyabrın 30-da) Bakıya gətirilib və Türkandakı qəbiristanlıqda dəfn ediləcək.
Ölən şəxs əslən Naxçıvanın Sədərək qəsəbəsindəndir.
Qeyd edək ki, 2023-cü il, dekabrın 7-də müxtəlif cinayətlərdə ittiham olunan üç şəxs Azərbaycandan Rusiyaya ekstradisiya edilib və onların arasında Sərdar Nəsirov da olub.
Rusiya vətəndaşı olan Sərdar Süleyman oğlu Nəsirov bir qrup şəxslə əlbir olaraq, qəsdən adam öldürmə və quldurluq hərəkətləri, eləcə də digər soyğunçuluq fəaliyyətlərində ittiham olunub.
Oxşar xəbərlər
Paytaxtı digər şəhərə köçürməklə tıxac problemi həll olacaq? - VACİB AÇIQLAMA
Son illərdə Azərbaycanda da zaman-zaman paytaxtın Bakıdan başqa şəhərə köçürülməsi ideyası ictimai müzakirələrdə səslənir. BAKU.WS-in məlumatına görə, bu yanaş...