III MDB Oyunları zamanı qidalanmanın təşkilinə nəzarət məsələləri müzakirə olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) III MDB Oyunları zamanı qidalanmanın təşkilinə nəzarət və tənzimləmə tədbirləri ilə əlaqədar ictimai iaşə sahəsində fəaliyyət göstərən hotel və restoran nümayəndələri ilə Gəncə şəhərində görüş keçirib.
Bu barədə BAKU.WS-ə AQTA-dan məlumat verilib.
Bildirilib ki, Dövlət Turizm Agentliyi və təşkilat komitəsinin iştirakı ilə keçirilən görüşdə nəzarət tədbirləri zamanı ictimai iaşə müəssisələrində aşkarlanan əsas uyğunsuzluqlar və yaranma səbəbləri, həmçinin uyğunsuzluqların aradan qaldırılması istiqamətində görülməli işlər və mövcud tələblər barədə məlumat verilib.
Xatırladaq ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr - 8 oktyabr tarixlərində baş tutacaq.

Oxşar xəbərlər
Silk Way Group və dnata Azərbaycanda yeni aviasiya xidmətləri mərkəzini yaratmaq üçün strateji əməkdaşlığa başlayır
Azərbaycanın aparıcı özəl aviasiya və logistika şirkətlər qrupu olan Silk Way Group hava və səyahət xidmətləri sahəsində dünya lideri kimi tanınan dnata şirkəti...
