İdxalına imtina verilən dərman vasitələrinin sayı AÇIQLANDI
2025-ci ilin yanvar ayından bu günə qədər idxalına imtina verilən dərmanların sayı açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib.
Bildirilib ki, 2025-ci ilin bu gününə qədər laborator yoxlamanın cavabları əsasında 41 hala uyğun olaraq, 31 adda dərman vasitəsinin idxalına imtina verilib.
Həmçinin qeyd olunub ki, il ərzində bəzi dərman vasitələri geri çağırılıb. Sözügedən dərman vasitələri barədə məlumat Analitik Ekspertiza Mərkəzinin veb-saytında yerləşdirilib.
Qurumdan qeyd olunub ki, vətəndaşlar aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda AEM-ə aşağıdakı vasitələrlə məlumat verə bilərlər:
- "Bir pəncərə" sektoru;
- Qaynar xətt: (012) 596-07-12;
- Elektron poçt: [email protected];
- Veb-sayt: www.pharma.az ("Müraciət" bölməsi).
O da vurğulanıb ki, daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir.
Oxşar xəbərlər
Rəşt-Astara dəmir yolunun tikintisinə Novruz Bayramından sonra başlanılacaq
Rəşt-Astara dəmir yolunda tikinti işlərinin gələn Novruz Bayramından sonra başlanılacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında "İran D...