İdman sahəsi üzrə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Müsabiqə şərtləri açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
2025/2026-cı tədris ili üçün bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, abituriyentlərin qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış) ümumi balı aşağıdakı şərtləri ödədikləri halda, qabiliyyət imtahanlarına buraxılırlar.
Qabiliyyət imtahanlarına qeydiyyat tarixləri yaxın vaxtlarda elan olunacaq.
Ali təhsil üzrə
| Komissiya kodu | İxtisasın adı | Müsabiqə şərti |
| 61 | Məşqçilik (idman növləri üzrə) | 70 bal |
| 62 | Ümumi fiziki hazırlıq Kütləvi sağlamlaşdırıcı idman Adaptiv bədən tərbiyəsi | 80 bal |
| 63 | Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi | 80 bal |
Tam orta təhsil üzrə
| Komissiya kodu | İxtisasın adı | Müsabiqə şərti |
| 6401 | Fiziki tərbiyə müəllimliyi | 50 bal |
Ümumi orta təhsil üzrə
| Komissiya kodu | İxtisasın adı | Müsabiqə şərti |
| 152 | Fiziki tərbiyə müəllimliyi | 50 bal |
Oxşar xəbərlər
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir?
Bakıda M6 avtobusunu gözləyən sərnişinlər çətinlik çəkir: Dayanacaqda M4-lər yığılır Bakıda "Koroğlu" metrostansiyasından "Elmlər Akademiyası" metrostansiyası i...