İcra məmurları tələbi borclunun sərvətlərinə yönəldə bilər
İcra məmurlarının hüquqlarına dəyişiklik edilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı "Dövlət icra məmurları haqqında" qanuna dəyişiklik təklif olunub.
Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.
Qeyd olunub ki, icra məmurlarının hüquqları sırasındakı tələbi borclunun hesabında olan pul vəsaitlərinə yönəltmək hissəsi dəqiqləşdirilir.
Yeni redaktəyə görə, icra məmurları tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə biləcəklər.
Xatırladaq ki, qüvvədə olan qanunda bu hissə icra məmurları tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə bilirdilər.
Oxşar xəbərlər
Azər Hacıyevə yüksək vəzifə verildi
Mingəçevir Şəhər İcra Hakimiyyətində yeni təyinat olub. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə icra başçısı İlham İsmayılov əmr imzalayıb. İcra ba...