İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən ayrılıb.
BAKU.WS Banker.az-a istinadən xəbər verir ki, RİH başçısı Vaqif Həsənovun əmri ilə Allahverən İdris oğlu Əliyev vəzifəsindən azad edilib.
A.Əliyev 15 iyul 1955-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. Baytar həkimdir. O, 1996-cı ildən YAP üzvü idi.
Onun yeri hazırda vakantdır. RİH başçısının digər müavini isə Xəqani Salman oğlu Nəzərovdur.
Qeyd edək ki, V.Həsənov Prezidentin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...