"İçərişəhər" stansiyasında yeraltı avtomobil dayanacağının hansı ərazidə olacağı AÇIQLANDI

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Bakı Metropolitenində infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində bir neçə mühüm addım atılacaq.
Sözügedən istiqamətlərdən biri də "İçərişəhər" stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi məsələsidir.
Bəs, görəsən, "İçərişəhər" stansiyasında yeraltı avtomobil dayanacağı harada olacaq?
"Bakı Metropoliteni" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeraltı avtomobil dayanacağının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaxınlığında yerləşməsi planlaşdırılır.
Məlumatda əlavə olunub ki, dayanacağın inşası layihələndirmə mərhələsindədir: "Digər bütün məsələlərlə bağlı ictimaiyyətə əlavə məlumatlar veriləcək".
Oxşar xəbərlər
Bakıda ortaaylıq əməkhaqqı artıb - Kim daha çox qazanır?
Paytaxt Bakıda ortaaylıq əməkhaqqı artıb. Belə ki, bu ilin yanvar-aprel aylarında paytaxtda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 385.9 manat təşkil...