"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Aparat rəhbəri təyin edilib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri vəzifəsinə təyinat olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu vəzifəyə təyin edilən Fuad Xəlilov 1978-ci ildə Bakı şəhərində anadan olub.
O, Azərbaycan Dövlət Neft Akademiyasını "Beynəlxalq iqtisadi əlaqələr" ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə bank sektorunda başlayaraq "Nikoil Bank", "Bank Standard" və "Standard Insurance ASC" kimi maliyyə qurumlarında məsul və rəhbər vəzifələrdə çalışıb.
2017–2025-ci illərdə telekommunikasiya sahəsində fəaliyyətini davam etdirən F.Xəlilov "Bakcell" və "Azerconnect Group"da B2B satış və məhsul idarəetməsi sahələrinə rəhbərlik edib.
2020-ci ildə Dövlət Məşğulluq Agentliyində sədrin müşaviri vəzifəsində fəaliyyət göstərərək dövlət idarəçiliyi sahəsində də təcrübə qazanıb.
Oxşar xəbərlər
ETX: Vətəndaşlara "Azərpoçt"un adından saxta mesajlar göndərilir
Elan platformalarında məhsul yerləşdirən vətəndaşlara müxtəlif nömrələr vasitəsilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyə...
