İcbari Tibbi Sığortaya ən çox müraciət nəylə bağlıdır? - RƏSMİ
İcbari Tibbi Sığorta (İTS) çərçivəsində vətəndaşların müraciətləri əsasən müayinə və müalicə, göndərişlər, dərman və tibbi sərf materialları ilə bağlı olur.
Agentlikdən BAKU.WS-ə bildirilib ki, əhali ilə effektiv ünsiyyətin qurulması, sığorta xidmətlərinə çıxış imkanlarının artırılması və müraciətlərin operativ həlli prioritet istiqamətlərdəndir. Bunun üçün 1542 Çağrı Mərkəzi, its.gov.az portalındakı zəng sifarişi, elektron müraciət, onlayn çat bölmələri və sosial media kanalları vasitəsilə müraciət imkanı yaradılıb.
Bundan əlavə, regional filiallarda vətəndaşlar birbaşa filial rəhbərləri ilə görüşərək problemlərini bildirə bilirlər. Daxil olan hər bir müraciət araşdırılır və müvafiq tədbirlər görülür.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Ən çox əziyyət çəkən bürclər açıqlandı
Astroloqların fikrincə, bəzi bürclər emosional həssaslıqları və həyatdakı çətinliklərə qarşı dərin yanaşmaları səbəbindən digərlərindən daha çox əziyyət çəkirlə...