İcbari tibbi sığortadan yararlanmaq istəyənlərin işi asanlaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Kommunikasiya Strategiyasının icrasının cari vəziyyəti və yenilənmiş "its.gov.az" saytının təqdimatı keçirilib".
BAKU.WS xəbər verir ki, tədbirdə İTSDA-nın İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və hər iki qurumun digər səlahiyyətli şəxsləri iştirak edib.
Tədbirin açılışında İTS-in idarə heyyətinin sədri Zaur Əliyev çıxış edib. O, yenilənmiş versiyada dil bölməsində yenilik olduğunu bildirib. Belə ki, saytın yeni versiyası Azərbaycan, rus, ingilis dilllərində istifadəçilərin öhdəsinə verilib.
Yeni sayt istifadəçilərə daha çox imkanlar verir. İndi tibbi sığorta və dövlət tibb müəssisələri haqqında məlumatları asanlıqla tapmaq, tibb müəssisələrinin ünvanlarına və əlaqə vasitələrinə rahat çıxış əldə etmək mümkündür.
Tibbi xidmətlərin sürətli axtarış sistemi və qəbul üçün elektron müraciət kimi yeniliklər saytı daha istifadəçiyönümlü və əlçatan edir.
Qalereya
Oxşar xəbərlər
Bakının və Abşeronun bu ərazilərində İŞIQ OLMAYACAQ
Oktyabrın 29-da təmir işləri ilə əlaqədar Bakının Yasamal və Xətai rayonlarının, eləcə də Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişin...