İcbari Tibbi Sığortaya ən çox müraciət harada qeydə alınır? - RƏSMİ CAVAB
Statistikaya əsasən, İcbari Tibbi Sığortaya müraciətlərin 44%-i Bakı tibbi ərazi bölməsində (Tibbi Ərazi Bölməsi (TƏB) - TƏBİB-in tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılmasıdır) qeydə alınır.
BAKU.WS xəbər verir ki, bunu İTS açıqlamasında bildirib.
Bununla yanaşı, bölgələrdə də aktivlik müşahidə olunur: Müraciətlərin 10%-i Sumqayıt TƏB-in, 7%-i Bərdə-Yevlax TƏB-in, 6%-i Gəncə TƏB-in, 5 %-i Şəki-Zaqatala TƏB-in, 4%-i isə Şəmkir-Tovuz TƏB-in payına düşür.Qeyd edək ki, bölgələrdəki dövlət xəstəxanalarında icbari tibbi sığorta ilə təminata alınan hər hansı tibbi xidmət göstərilə bilmirsə, o zaman vətəndaşlar digər bölgələrdəki dövlət xəstəxanalarına və ya Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə yönləndirilir. Hazırda Agentlik 190-dan çox özəl tibb müəssisəsi ilə əməkdaşlıq edir və bu klinikaların 30%-dən çoxu bölgələrdə yerləşir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
"ChatGPT" ilə işləyən çəkməçi: "Elə olub ki, müştəridən 250-300 manat almışam"
Noyabrın 26-da Beynəlxalq Çəkməçilər Günü qeyd olunur. BAKU.WS report-a istinadən xəbər verir ki, 35 ilə yaxındır çəkməçi işləyən Çingiz Məlikov deyib ki, bu iş...