I Qarabağ müharibəsinin itkin-şəhidi Elçin Quliyev dəfn edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan Azərbaycan Ordusunun zabiti Elçin Balaxan oğlu Quliyev dəfn edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, onun nəşinin qalıqları Suraxanı rayonu "Dədə Qorqud" qəbristanlığında torpağa tapşırılıb.
Dəfndə mərhumun yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, şəhid zabit Elçin Quliyev 1965-ci ildə Sabirabadda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. R. Abbasov 26 fevral 1992-ci ildən Xocalıda itkin düşmüş hesab edilirdi.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...