"Hörümçək adam" küçəyə çıxması qadağan olunan yaşlıların qəhrəmanı oldu - VİDEO

Hörümçək adam küçəyə çıxması qadağan olunan yaşlıların qəhrəmanı oldu - VİDEO
Foto Video
Sosial 266

Türkiyənin Antalya şəhərində "Hörümçək adam" geyimindəki gənc yaşlıların qəhrəmanına çevrilib.

BAKU.WS xəbər verir ki, 27 yaşındakı Burak Soylu COVİD-19 infeksiyasına görə küçəyə çıxması qadağan olunan yaşlılara yardım etmək qərarına gəlib.

İnsanların evinə gedərək sifarişləri götürən Burak lazım olanları aldıqdan sonra ünvana çatdırır.

Burakın bu xidməti "Hörümçək adam" geyimində etməsi insanların daha böyük marağına səbəb olub.

Qısa zamanda sosial şəbəkələrdə də onun görüntüləri yayılmağa başlayıb.

İndilərdə Burak Soylu Antalyada yaşlıların qəhrəmanı kimi nüfuz qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər