Hindistandan gətirilən "Pregnola" qida məhsulu normativ tələblərə cavab vermədi
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistandan Azərbaycana gətirilən bioloji aktiv qida məhsulu normativ tələblərə cavab verməyib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi məlumat yayıb.
Belə ki, "Beneva" MMC-nin Hindistandan idxal etdiyi "JMB Pharmaceutıcals" müəssisəsinin istehsalı olan 4500 ədəd "Pregnola" əmtəə nişanlı bioloji aktiv qida məhsulu (01.05.2025-01.04.2027-ci il istehsal və son istifadə tarixli) müayinələrə cəlb olunub.
Sınaq nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyi müəyyən edilib.
Uyğunsuzluq aşkarlanan məhsul partiyası məhv edilib.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...