Hicran Hüseynova: "Üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə böyük ehtiyac var"
"Üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə böyük ehtiyac var".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova deyib.
O bildirib ki, beynəlxalq təcrübəni öyrənməklə üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə böyük ehtiyac var:
"Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılmasına, uşaq bağçalarında və təhsil müəssisələrində tibbi, psixoloji xidmətin təşkilinə ehtiyac var. Uşaq yalnız ailənin deyil, eyni zamanda mənsub olduğu xalqın, dövlətin ən qiymətli sərvətidir".
Oxşar xəbərlər
Bakıda 36, rayonlarda 40°-dək isti gözlənilir
Azərbaycanda avqustun 25-də 40 dərəcəyədək isti gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron...