Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Cəbrayılda ağacəkmə aksiyası keçirilib - FOTO
Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, onun təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək məqsədilə növbəti ağacəkmə aksiyası Cəbrayıl rayonunda keçirilib.
BAKU.WS xəbər verir ki, "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi"nin "Dostluq Meşəsi" adlandırılan sahəsində keçirilən ağacəkmə aksiyası zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Hesablama Palatasının rəsmiləri və əməkdaşlarının iştirakı ilə ağac tingləri əkilib.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekoloji mühitin, bioloji müxtəlifliyin bərpası, yaşıllıq zonalarının genişləndirilməsi istiqamətində ağacəkmə tədbirləri keçirilir, müxtəlif növ ağaclar əkilir.
Qalereya
Oxşar xəbərlər
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib
Müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qey...