Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü

Heydər Əliyev Fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı vəziyyəti nəzarətə götürüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a onun həyat yoldaşı İlahə Şükürova məlumat verib.
O qeyd edib ki, E.Əşrəfoğlunun müalicəsi "Yeni Klinika"da davam etdiriləcək.
Xatırladaq ki, koma vəziyyətində olan jurnalist hazırda "Yeni Klinika"da EKMO aparatına qoşulub. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş etmişdi.
Oxşar xəbərlər
Elnur Əşrəfoğlunun vəziyyəti haqqında son məlumat
AKoronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlanıb. BAKU.WS T...
