Həyat yoldaşı yeni vəzifəyə təyin olunan Xalq artistini təbrik etdi - FOTO
Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı Rusiyanın Xalq artisti Anna Netrobka onu direktor olması münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib:
"Təbriklər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yeni rəhbəri. Qürurvericidir. Sən hər şeyi bacarırsan. Yeni işində sənə uğurlar diləyirəm. Səni sevirəm və qürur duyuram".
Xatırladaq ki, Xalq artisti Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsinə təyin olunub.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Yusif Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.
Oxşar xəbərlər
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin olundu - FOTO
Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor vəzifəsinə təyin olunub. BAKU.WS xəbər verir ki, bu barədə mədəniyyət nazirliyi məlum...