Hesablama Palatası Dövlət Xidmətində yoxlama aparır
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlamalara başlanıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Naxçıvan Dövlət Nəqliyyat Xidməti" Publik Hüquqi Şəxsində yoxlamalar həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi APA-nın sorğusuna cavab olaraq bildirib ki, "Naxçıvan Dövlət Nəqliyyat Xidməti" Publik Hüquqi Şəxsinin fəaliyyət dövrü üzrə iş planına uyğun olaraq, aidiyyəti dövlət orqanı tərəfindən kənar dövlət maliyyə nəzarəti tədbiri təşkil edilib.
Oxşar xəbərlər
Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib?
Paytaxtın Badamdar qəsəbəsində yerləşən "EOS uşaq inkişaf mərkəzi"ndə baş verən hadisə ilə bağlı yenə şikayət var. BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki,...