Həqiqi hərbi xidmətə çağırılan vətəndaşların müayinə məlumatları elektron sistemə daxil edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların müayinə məlumatları elektron sistemə daxil edilir.
BAKU.WS xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev əlillik və reabilitasiya sahələrində aparılan islahatlar, hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi sahəsində ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.
"4 kateqoriya üzrə rəy verilmiş çağırışçıların Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində elektron növbəlilik prinsipi əsasında peşəkar mütəxəssislər tərəfindən əyani müayinə edilir.
Qəbul edilən qərarlar elektron sistemə daxil edilir və çağırışçılar nəticələr barədə elektron qaydada məlumatlandırılırlar", - deyə məlumatda qeyd olunub.
Banu Hüseynli
Oxşar xəbərlər
Daha bir rayonda yollar əsaslı TƏMİR EDİLƏCƏK
Yevlax şəhərində yolların əsaslı təmiri planlaşdırılır. BAKU.WS-in məlumatına görə, təmir işləri Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək. L...