Həftəsonu ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı QƏRAR VERİLDİ
Azərbaycanda həftəsonu nəqliyyat və metronun fəaliyyətinə qoyulan məhdudiyyətin müddəti noyabrın 1-i saat 06:00-dək uzadılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 2021-ci il 4 sentyabr saat 00:00-dan 6 sentyabr saat 06:00-dək, 11 sentyabr saat 00:00-dan 13 sentyabr saat 06:00-dək, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək, 25 sentyabr saat 00:00-dan 27 sentyabr saat 06:00-dək, 2 oktyabr saat 00:00-dan 4 oktyabr saat 06:00-dək, 9 oktyabr saat 00:00-dan 11 oktyabr saat 06:00-dək, 16 oktyabr saat 00:00-dan 18 oktyabr saat 06:00-dək, 23 oktyabr saat 00:00-dan 25 oktyabr saat 06:00- dək, 30 oktyabr saat 00:00-dan 1 noyabr saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılır.
Oxşar xəbərlər
Bu gündən ictimai nəqliyyatın hərəkəti bərpa olundu
Bu gün saat 06:00-dan Azərbaycanda ictimai nəqliyyatın hərəkəti, o cümlədən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib. BAKU.WS-in məlumatına...