Hazırlanması bir ay çəkir: Şimal-Qərb bölgəsinin unikal qida növü
Şimal-qərb bölgəsində qış fəslinin əvəzolunmaz qida növlərindən biri də qurudulmuş ət - qaxacdır.
Məsələ lə bağlı Baku TV videomaterial hazırlayıb:
Qaxac əsasən Qax və Zaqatala rayonlarında iribuynuzlu və xırdabuynuzlu heyvanların ətindən hazırlanır.
Hazırlanma prosesi təqribən bir ay çəkir. Muxax kənd sakini Fərhad Abdullayevin sözlərinə görə, qurudulmuş ət əsasən payız aylarında, havalar sərinləşəndə hazırlanır və qış boyu ehtiyat qida kimi istifadə olunur.
"Xəmir xörəklərinin hamısını quru ətlə bişiririk. Yaş ətlə də olar, amma quru ətlə daha keyfiyyətli alınır. Əvvəl heyvanı kəsib 5-6 saat saxlayırıq ki, suyu və qanı çəkilsin. Ət nə qədər yaxşı quruyarsa, bir o qədər uzunömürlü olur".
Bölgədə qaxacla yanaşı, qurudulmuş dolma da hazırlanır. Bunun üçün yumşaq ət maşından keçirilir, içinə müxtəlif ədviyyatlar və otlar qatılır, duzlanır və 2-3 gün saxlanılır. Daha sonra təmizlənmiş heyvan bağırsağına doldurularaq açıq havada qurudulur.
Qurudulmuş dolmanın tam hazır vəziyyətə gəlməsi üçün adətən 7-10 gün kifayət edir. Sakinin sözlərinə görə, 2.5 kiloqram yaş ətdən təxminən bir kiloqram quru ət alınır. Hazırda bölgədə quru ətin bir kiloqramı 40 manata, qurudulmuş dolmanın isə 45 manata təklif olunur. Yerli sakinlər dolmanın daha baha olmasını onun hazırlanması zamanı sümük və artıq hissələrin çıxarılması ilə əlaqələndirirlər.
Oxşar xəbərlər
2026-cı ildə qızıl bazarında gözlənilməz dəyişiklik olacaq?
Bir ildən çoxdur rekord həddə çatan qızılın qiyməti ilə bağlı proqnozlar açıqlanıb. İqtisadçılar qiymətin artacağını bildirirlər. BAKU.WS "Xəzər TV"yə istinadl...