"Hayal Kahvesi"ndə müştərini aldadıblar? - Qalmaqal yaradan iddia

Məşhur "Hayal Kahvesi" məkanında müştərinin 1+1 kampaniyası zamanı aldadıldığına dair irəli sürülən iddia sosial mediada geniş müzakirələrə səbəb olub.
Paylaşılan videoda iddia olunur ki, kampaniyadan yararlanmaq istəyən müştəriyə məhsulların tükəndiyi bildirilib və əvəzində daha bahalı məhsullar təklif olunub. Restoranın meneceri Ceyhun Cavadov məsələ ilə bağlı açıqlama verərək iddialara münasibət bildirib:
"Müştəriyə yaxınlaşıb bildirdik ki, 1+1 kampaniyası qüvvədədir, amma bəzi inqrediyentlər hazırda yoxdur. Əvəzinə başqa məhsullar təklif etdik. Müştəri isə bu məhsulları istəmədiyini bildirdi və bizi daha bahalı məhsullar təklif etməkdə ittiham etdi".
Restoranın sahibi Emrah Kılıç məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Marketinq mütəxəssisi Laura Seyidbəyova isə bildirib ki, bu cür halların qarşısını almaq üçün kampaniyalar əvvəlcədən düzgün planlaşdırılmalıdır:
"Əgər şirkət 1+1 kampaniyası keçirirsə, məhsul ehtiyatı və risklər əvvəlcədən hesablanmalıdır. Məhsul kampaniyanın gedişində yüksək tələbat səbəbindən tükənibsə, bu, təşkilati zəiflik kimi qiymətləndirilə bilər. Amma kampaniyanın başlanğıcında belə hallar baş verirsə və müştəriyə bahalı alternativlər təklif olunursa, bu artıq kommunikasiya və planlaşdırma problemlərinə işarə edir. Bu da istehlakçıda aldatma təəssüratı yarada bilər".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Bakıda min nəfər şagirdi olan məktəbin işığı yanmır, suyu da gəlmir
Su kəsilib, məktəbin sanitar qovşaqları daşınma su ilə təmizlənir. Dərsləri elektron lövhələrlə keçmək mümkün deyil. Çünki, minə yaxın şagirdi olan bu təhsil oc...
