Havaya görə qərb bölgəsində avtomobil yollarında hərəkət çətinləşib

Havaya görə qərb bölgəsində avtomobil yollarında hərəkət çətinləşib
Foto
Sosial 45

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz və Göygöl rayonlarının avtomobil yollarında qismən çətinliklər yaranıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, qarın yağması və bəzi yolların buz bağlaması səbəbindən nəqliyyat vasitələrin hərəkətində qismən çətinliklər olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavabında bildirilib ki, avtomobil yollarında təhlükəsizliyin qarşısını almaq məqsədilə Dövlət Yol Polisi əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar.

Qeyd edək ki, bölgədə qarlı hava şəraiti müşahidə olunur. Elektrik və qazın verilişində problem yoxdur.

Son xəbərlər