Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA
Azərbaycanda havanın temperaturu iqlim normasından yuxarı olub.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 28-i saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış yağıb.
Düşən yağıntının miqdarı Lerikdə 4 mm, Astara, Şabranda 3 mm, Daşkəsən, Zaqatalada (Əlibəy) 2 mm, Göygöl, Gədəbəy, Qax (Sarıbaş), Şəki (Kişçay), Şamaxı, Lerikdə 1 mm-dək olub. Şərq küləyi arabir Culfada 18 m/s-yə çatıb. Daşkəsən, Göygöl, Şəmkir, Qax (Sarıbaş), Şəki (Kişçay), Beyləqan, Qrız, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu iqlim normasından 1.4 dərəcə yuxarı, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 27, dağlıq rayonlarda 13 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur
Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu ərazilərdə tozlu hava şəraiti müşahidə olunur. BAKU.WS xəbər verir ki, bunu Milli Hidrometeor...