Havanın temperaturu 4-7 dərəcə enəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Havanın temperaturu 4-7 dərəcə enəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
Sosial 3868

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 4-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, əvvəlcə şimal və şərq bölgələrində, noyabrın 5-i axşamdan 7-si gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 20-də Bakıda və Abşeron yarım...

6157 Sosial 13:47 19 oktyabr 2020

Son xəbərlər