Hava XƏBƏRDARLIĞI - Qar yağacaq, yollar buz bağlayacaq

Hava XƏBƏRDARLIĞI - Qar yağacaq, yollar buz bağlayacaq
Sosial 13043

Dekabrın 16-sı gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Qeyri-sabit hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 20-də Bakıda və Abşeron yarım...

6157 Sosial 13:47 19 oktyabr 2020

Son xəbərlər