Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ
Sosial 4068

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı ilkin xəbərdarlıq edib.

Xidmətdən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32 m/s, 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək.

Havanın temperaturunun ötən günlərlə müqayisədə 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək güclənəcək.

Havanın temperaturu 11-də ötən günlərlə müayisədə 5-10° aşağı enəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Noyabr ayının hava proqnozu açıqlanıb

Noyabr ayının hava proqnozu açıqlanıb

Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə,...

32 Sosial 11:16 01 noyabr 2021

Son xəbərlər