Hava limanına bu şəxslər daxil ola bilməyəcək - RƏSMİ

Hava limanına bu şəxslər daxil ola bilməyəcək - RƏSMİ
Sosial 411

"Heydər Əliyev adına beynəlxalq hava limanından yola düşəcək sərnişinlər üçün bəzi tədbirlər tətbiq ediləcək".

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında “Azərbaycan Hava Yolları” (AZAL) QSC-in vitse-prezidenti Eldar Hacıyev bildirib.

O əlavə edib ki, yalnız yola düşmək istəyən sərnişinlərin aerovağzal kompleksinin binasına daxil olmasına icazə veriləcək: "Yəni ki, yola salanlar binaya daxil ola bilməyəcəklər. Terminal binasına daxil olmazdan əvvəl sərnişinlər xüsusi avadanlıq dezinfeksiyaedici dəhliz vasitəsilə ümumi dezinfeksiya prosedurundan keçəcəklər. Girişdə bütün sərnişinlərin bədən hərarəti ölçüləcək, 37,50 C-dən yuxarı hərarəti olan sərnişinlər reysə buraxılmayacaq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər